Vaşinqton administrasiyası bu yaxınlarda Ukraynaya əlavə 400 milyon dollarlıq hərbi yardım ayırmaq qərarına gəlib.Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, Amerika mətbuatının yüksək səviyyəli ABŞ rəsmisi məlumat verib.
Ukrayna liderlərinin Rusiyaya qarşı hava hücumundan müdafiə sistemi tələblərinə cavab verən ABŞ rəhbərliyi bu ölkəyə Patriot batareyaları göndərməyi düşünür.
Planın sona yaxınlaşdığını bildirən səlahiyyətlilər, sözügedən təsdiqin bu həftənin sonuna qədər veriləcəyini və dekabrın 15-də rəsmi açıqlamanın verilə biləcəyini qeyd ediblər.
Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev keçən ay xəbərdarlıq etmişdi ki, NATO Ukraynaya Patriot sistemləri verməməlidir.
Rəsmi bildirib ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin, Baş Qərargah rəisi general Mark Milley və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ukraynalı həmkarları ilə keçirdikləri birgə görüşün əsas mövzularından biri Patriotların Ukraynaya çatdırılması olub.
Qeyd edək ki, mövzu ilə bağlı Ağ Evdən və ya ABŞ Müdafiə Nazirliyindən hələlik rəsmi açıqlama verilməyib.
Aqil MusaMissiya.Az