AZ   |   RU
“ABŞ Türkiyəyə verdiyi sözü tutmalıdır” – Ceyms Cefri

“ABŞ-ın Türkiyənin əməliyyatını dayandırmasının yeganə yolu 2019-cu ildə Ankaraya verdiyi “terror təşkilatını sərhəddən çıxarmaq” sözünə əməl etməkdir”.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bu bunu ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

“Barış Pınarı Hərəkatını dayandırmaq üçün 2019-cu ildə imzalanan müqavilənin genişləndirilməsi və canlandırılması lazımdır”, - deyə Cefri bildirib.

"Problemi həll etməyin bir yolu terrorçuların Suriyanın heç bir yerindən Türkiyəyə hücum etməyəcəyinə söz verməsi olacaq ", - deyə Cefri vurğulayıb.
 

Daşqın Həsənov
Missiya.Az


  • 14-12-2022, 11:59