AZ   |   RU
Aksiyaçılar yeni tələb irəli sürüblər
Şuşa-Xankəndi yolunda artıq 3 gündür ki, QHT təmsilçiləri və ekofəalların iştirakı ilə aksiya davam edir.

Qarabağda təbii sərvətlərin talanması və ekologiyaya vurulan zərərin aradan qaldırılması üçün başlanan aksiyada əsasən Sülhməramlıların Komandanı Volkovun  ortaya çıxması və Qarabağ ərazisində törədilən bu ekoloji terrora bir açıqlama verməsi tələb olunur.

General Volkovun harada olması barədə xəbərlər hələ də müəmmasını qoruyarkən aksiyaçılar yeni bir tələb irəli sürməyə başlayıb.

İctimai fəallar bu gündən rus sülhməramlılarla birgə Azərbaycan əsgərlərinin də ərazidə təmsil olunmalarını tələb edirlər.

Digər tərəfdən Erməni tərəfinin guya hümanitar böhranla əlaqədar təxribat xarakterli açıqlamalarına cavab olaraq Azərbaycan tərəfi bütün hümanitar məsələləri öz üzərinə götürməklə bağlı münasibətini bildirib.

Azərbaycan Prezident Administirasiyasının xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyev, Şuşa-Xankəndi yolunun Azərbaycan tərəfindən yox rus sülhməramlılarının bağladığını bildirib. Hikmət Hacıyevin dedikləri KİV-də yayılan foto və videolardan da aydın görünür.

Hazırda aksiya yüksək əhval-ruhiyyədə davam edir. Artıq aksiyaçıların sırasına cəmiyyətin müxtəlif sahələrindən nümayəndələr eləcə də deputatlar da qoşulmaq istədikləri ilə bağlı müraciətlər ediblər.

Qeyd edək ki, hələ də aksiyaçıların tələbləri yerinə yetirilməyib.

Aqil Musa
Missiya.Az

  • 14-12-2022, 11:44