AZ   |   RU
“ABŞ və NATO Putinin atdığı addımlara qarşı diqqətli olmalıdır” – Culian Smit

ABŞ və NATO müttəfiqləri istənilən fövqəladə vəziyyətə hazır olmalıdırlar. Çünki Rusiya prezidenti Vladimir Putin ehtiyatsız adamdır.

Missiya.Az
“UNİAN”a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın NATO-dakı səfiri Culian Smit deyib.

“Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi bir çox NATO ölkələrini təəccübləndirib. Çünki Putinin hərəkətləri istənilən siyasi, iqtisadi və ya hərbi məntiqə ziddir”, - deyə Smit bildirib.

"İnanıram ki, onlar öz strateji məqsədlərinə nail ola bilməyiblər. Lakin biz onu da qəbul edirik ki, Putin heç də həmişə öz strateji məqsədlərini və niyyətlərini imkanlarla uyğunlaşdırmır. Ona görə də biz onun göstərdiyi hər hansı rasional mülahizələrə qarşı diqqətli olmalıyıq. Biz gözlənilməz vəziyyətlərə hazır olmalıyıq”, - deyə səfir vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 14-12-2022, 11:42