Avropa İttifaqına üzv olan 27 ölkənin liderləri dekabrın 15-16-da Brüsseldə keçiriləcək sammitdə Ukraynaya ümumilikdə 18 milyard avro məbləğində makromaliyyə kredit yardımı proqramını təsdiq edəcəklər.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bildirib.
“Avropa İttifaqı Şurasında Çexiyanın sədrliyi sayəsində liderlər sammitdə Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində makromaliyyə yardımı proqramını təsdiq edə biləcəklər”, - deyə o bildirib.
Bundan əvvəl Avropa Komissiyası bəyan etmişdi ki, bu proqram Kiyevə güzəştli kreditlər şəklində təqdim olunacaq, o, Ukrayna dövlət büdcəsinin cari ehtiyaclarını ödəməyə yönəlib.