AZ   |   RU
Kreml: Putin Qarabağla bağlı üçtərəfli razılaşmaya alternativ görmür

“Prezident üçtərəfli razılaşmanın həyata keçirilməsinə alternativin olmadığı fikrinin sadiq tərəfdarıdır və hazırda gərginliyi aradan qaldırmaq və sərhəddəki vəziyyəti düzəltmək üçün böyük səylər göstərilir”.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

D.Peskov deyib ki, Rusiya Qarabağdakı vəziyyətlə bağlı Azərbaycan və Ermənistanla daim təmasdadır.


  • 17-05-2021, 14:36