AZ   |   RU
“Ermənistan Rusiya silahlarından istifadə edərək Qarabağın 7 rayonunu ələ keçirib” - Lavrov

Ermənistan müstəqillik əldə etdikdən bəri Rusiya silahlarından istifadə edir və həmçinin Qarabağda da 7 rayonu ələ keçirmək üçün Rusiya silahlarından istifadə olunub”. 


Missiya.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında deyib.


XİN rəhbəri qeyd edib ki, Rusiya silahları Azərbaycanın 7 rayonunu şəksiz tutmaq və orada istehkamlar yaratmaq, o cümlədən hərbi xətlər qurmaq üçün istifadə olunub ki, bu da hesablamada bu ərazilərin uzun müddət saxlanılması üçün aparıldığını göstərirmiş.


O bildirib ki, bəzi analitiklərin fikrincə, bu istehkamların xarakteri göstərir ki, onların heç vaxt Azərbaycana qaytarılması planlaşdırılmayıb.


Rusiyadan Ermənistana reallaşdırılmamış silah tədarükünə gəlincə, Lavrov bəyan edib ki, bu gün həmin məsələ müzakirə olunaraq həll olunub və ödənişlər başqa məqsədlərə yönəldilib.


“Avropaya qarşı mübarizə aparmaq məcburiyyətindəyik. Bu vəziyyətdə Ukraynaya böyük miqdarda müasir silahlar verilir və bu, bizim cavabımızı tələb edir. Erməni tərəfdaşlar anlayırlar ki, bu vəziyyətdə bəzən bütün öhdəlikləri göstərilən müddətlərdə yerinə yetirmək mümkün olmur. Lakin müqavilədə nəzərdə tutulan bütün vəsait Ermənistana verilir və proses davam edəcək. Başqa ölkələrdən silah alınmasına gəlincə, Rusiya bunun əleyhinə deyil və bu, Ermənistanın seçimidir”, - deyə siyasətçi əlavə edib.


Onun sözlərinə görə, Qarabağ məsələsində heç kim Moskvanı qınaya bilməz, çünki iyirmi ilə yaxındır ki, Rusiyanın sabiq Prezidenti Dmitri Medvedev və hazırki dövlət başçısı Vladimir Putin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün addımlar atıb və təkliflər veriblər.


 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:36