AZ   |   RU
Ərdoğan Şimali Kiprin tanınmasını tələb etdi

 Türk dünyasını Şimali Kiprsiz tam hesab etmək olmaz - bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdə keçirilən qeyri-rəsmi sammitində deyib. “Biz inanırıq ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) daxil olmadığı türk dünyasının ailə fotosu həmişə natamam olacaq”, - deyə prezident bildirib. Ərdoğan sammitdə atılan mühüm addımı da qeyd edib:- "Bu gün biz KKTC-nin Türk Akademiyasında müşahidəçi statusu ilə bağlı qərarı çox mühüm addım kimi görürük. Ümid edirəm ki, çox da uzaq olmayan gələcəkdə hamımız ŞKTC-nin təşkilatımıza tamhüquqlu üzv kimi qəbul ediləcəyi günü görəcəyik".

Türkiyə Prezidenti beynəlxalq münasibətlərdə “türk ailəsi”nin xüsusi rolunu vurğulayaraq türk dövlətlərini “tarix və sivilizasiyanın qovşağında Şərq müdrikliyi ilə Qərbin dinamizmini birləşdirən zəngin irsin daşıyıcıları” adlandırıb. Sammit ilk dəfə müşahidəçi ölkə Macarıstanda keçirilir və bu, Ərdoğanın sözlərinə görə, “Macarıstana verdiyimiz önəmin ən bariz göstəricisidir”. Sammitin sonunda Türkiyə Prezidenti türk dünyasında elmi tədqiqatlara müstəsna xidmətlərinə görə Nobel mükafatı laureatı, türk alimi Əziz Sancara beynəlxalq Əlişir Nəvai mükafatını təqdim edib.




  • Dünən, 16:41