Moskva hələ də İrandan pilotsuz uçuş aparatları aldığını boynuna almasa da molla dronlarının döyüş meydanından tapılan fraqmentləri İran və Rusiyanın yalanlarını ifşa edib. Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, İran Rusiyaya 6 minədək dron verməyə razılaşıb.
Məlumata görə, NATO və ABŞ müttəfiqlərinin təhlükəsizlik rəsmiləri bildiriblər ki, keçən ay əlavə dron satışı məsələsi Rusiya və İran rəsmiləri arasında ən azı iki görüşdə müzakirə olunub. İranın Ukraynanın mülki infrastrukturuna hücumlarda Rusiyanın istifadə etdiyi və bir çoxu “Şahed” tipli olan 6 minə qədər dron tədarük etməyə razılaşdığı açıqlanıb. Rəsmilər İrana məxsus ballistik raketlərin də Rusiya tərəfindən alındığını təsdiqləyib.
Bütün bunların müqabilində isə Rusiyanın İrana “görünməmiş səviyyədə” hərbi-texniki dəstək göstərdiyi bildirilir və Moskvanın Tehrana özünün ən son silah nümunələrini göndərəcəyi ehtimal edilir. Bu barədə ABŞ-ın prezident administrasiyasından məlumat verilib. Administrasiyanın yüksək rütbəli rəsmisi vurğulayıb ki, "Bu tərəfdaşlıq təkcə Ukrayna üçün deyil, İranın regiondakı qonşuları üçün də təhlükə yaradır. Biz məsələ ilə bağlı bütün müttəfiqlərimizi, eləcə də Yaxın Şərqdəki tərədaşlarımızı məlumatlandırmışıq"- deyə ABŞ rəsmisi bildirib. Rusiyanın göstərdiyi hərbi-texniki dəstəyi molla rejimi etirazların yatırılmasına sərf edir. Belə ki, İranın molla rejimi iğtişaşların başlandığı vaxtdan bir neçə dəfə Rusiyanın bu məsələlərdəki təcrübəsini əsas gətirərək Moskvadan yardım istəyib. Dekabrın 3-də isə Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus Tupolev (TU-154M) təyyarəsi Tehranın Mehrabad hava limanına eniş edib.
Təyyarənin İranda xalq etirazlarını yatırmaq üçün avadanlıq və bir neçə rusiyalı hərbi məsləhətçini daşıdığı bildirilib.
Göründüyü kimi tutduqları anti-humanist mövqeyə və işğalçılıq niyyətlərinə görə beynəlxalq aləmdən təcrid olunan Rusiya-İran cütlüyü bəşəri dəyərləri və insanlığı məhv üçün etmək bir-birini dəstəkləməkdə davam edirlər. Nəriman SultanoğluMissiya.Az