AZ   |   RU
“Türkiyənin qarşısını heç kim ala bilməz” – MUSİAD sədri

“Türkiyə o həddə gəlib çatıb ki, indi heç kim onun qarşısını ala bilməz".

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bunu Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin sədri Mahmud Asmalı deyib.

“Müdafiə sənayemizdə yerlilik nisbəti 20 faizdən 80 faizə yüksəldi. Biz bunu artırmaq üzərində işləməyə davam edirik. Bu səylərin sütunu olaraq Türkiyədəki milli və yerli istehsalçılarımızın müdafiə sənayesi şirkətlərimizlə görüşlərini təşkil edirik. Bu fəaliyyətlərin davamını HAVELSAN, ROKETSAN, TUSAŞ kimi dövlət və özəl qurumlarımızla həyata keçirməyi planlaşdırırıq”, - deyə Asmalı bildirib. 

“Türkiyənin müdafiə sənayesi sahəsində gəldiyi nöqtə hamımızı çox qürurlandıran bir prosesdir. Bu gün rahat yata biliriksə, texnoloji inkişaflar və qəhrəmanımız mehmetçinin böyük fədakarlıqları, zəhmətləri var. Onların hamısına bir daha ürəkdən təşəkkürümü bildirmək istəyirəm”, - deyə Asmalı qeyd edib.
 

Daşqın Həsənov
Missiya.Az


  • 9-12-2022, 18:03