AZ   |   RU
Türkiyənin Suriya əməliyyatından narahatıq- ABŞ
Türkiyənin Suriyada quru əməliyyatına hazırlığı Qərbdə narahatlıq yaratmağa davam edir.

Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyə Silahlı Qüvvələrinin hədəf aldığı terror təşkilatı YPG/PKK və onun uzantılarını “partiya” kimi göstərməyə çalışıb.

Prays mətbuat konfransında "Biz inanırıq ki, bütün tərəflər dərhal gərginliyi azaltmalıdırlar " deyib.
 
 Ağ ev sözçüsü “Biz deyirik ki, hərbi əməliyyatlara, o cümlədən Suriyada insanların həyatını daha da qeyri-sabitləşdirəcək və daha da əhəmiyyətlisi, qlobal koalisiyanın İŞİD-ə qarşı əldə etdiyi çətin nailiyyətləri təhlükə altına salacaq potensial quru hücumuna qarşıyıq.
 
Prays dəfələrlə Türkiyəyə və ABŞ-ın suriyadakı yerli tərəfdaşlarına İŞİD-lə mübarizə məqsədlərini və sərhədin hər iki tərəfindəki mülki şəxslərə potensial təsirlərlərlə bağlı ciddi narahatlıqlarını çatdırdıqlarını bildirib.
 
Xatırladaq ki, Türkiyə tərəfi yalnız həmin bölgədə terroristləri hədəf aldıqlarını qeyd etmişdir.
 
Türkiyə Milli Müdafiə naziri Hulisi Akar,  "Mülkilərin, tarixi, dini, mədəni varlıqların, ətraf mühitin və koalisiya qüvvələrinin zərər görməməsi üçün son dərəcə diqqət və həssaslıq göstərilir. Bizim tək hədəfimiz terrorçulardır” deyə bildirib.
 
Aqil Musa
Missiya.Az
 

  • 7-12-2022, 14:06