AZ   |   RU
Samuxda zəlzələ olub

Gəncə seysmoloji stansiyasından 33 kilometr şimal-şərqdə - Samux rayonunda maqnitudası 3.1-ə bərabər olan zəlzələ baş verib.

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yerli vaxtla saat 20:13-də qeydə alınan yeraltı təkanlarıın episentri 18 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss edilməyib.





  • 6-12-2022, 23:30