Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin xarici işlər nazirləri dekabrın 12-də Brüsseldə Rusiyaya qarşı texnologiya və bank xidmətləri sahələrində yeni sanksiyaları müzakirə ediləcək.Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib.
"Avropa İttifaqı səkkiz paket sanksiyalardan sonra yeniləri üzərində işləyir", - nazir bildirib.
Bundan əvvəl "Financial Times" Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya paketinə dörd telekanalın yayımına qadağa, 180-ə qədər fiziki və hüquqi şəxsin "qara siyahı"ya salınması, habelə 2,3 milyard avro dəyərində ikili mallarla əlaqədar ixrac nəzarəti də daxil olacağı barədə məlumat yayıb.