2022-ci ilin fevralından Ukraynada öldürülən mülki şəxslərin sayı 17 mini keçib.Missiya.Az Report-a xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Martin Qriffits bildirib.
Onun sözlərinə görə, fevralın 24-dən dekabrın 1-nə kimi 419-u uşaq olmaqla 17 023 mülki şəxs həlak olub.
Ümumilikdə 14 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, onlardan 6,5 milyonu Ukrayna ərazisində, 7,8 milyondan çoxu isə Avropadadır.
Qriffits qeyd edib ki, mülki əhali üçün xüsusi təhlükə soyuq havanın başlamasıdır.