Avropa Komissiyası Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi çərçivəsində dağ-mədən sənayesinə məhdudiyyətlər təklif etmək niyyətindədir.Missiya.Az xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.
Qəzetin mənbələrinin məlumatına görə, söhbət sənaye daxilində yeni investisiyaların qadağan edilməsindən gedir. Eyni zamanda, dağ-mədən sənayesinin məhsullarının müəyyən növləri üçün istisnalar da ediləcək.
Nəşr yazır ki, Avropa İttifaqının (Aİ) icra orqanının təklifinə daha üç Rusiya bankı ilə əməliyyatların qadağan edilməsi də daxildir. Aİ gələn həftənin sonuna qədər yeni tədbirlərlə bağlı razılığa gəlməyi planlaşdırır.