AZ   |   RU
Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin təfərrüatları açıqlanıb

“Avropa İttifaqının Rusiyaya qarşı planlaşdırdığı doqquzuncu sanksiyalar paketi daha üç rus bankına da aid olacaq”. 

Missiya.Az
xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Sözügedən paketdə Avropa İttifaqı Rusiyada dağ-mədən sektoruna yeni investisiyaların qoyulmasına qadağa qoyulmasını təklif edəcək. Buraya müəyyən növ məhsullar üçün güzəştlər də daxil olacaq.

Aİ-də yeni məhdudlaşdırıcı tədbirlərin gələn həftənin sonuna qədər razılaşdırılması planlaşdırılır.

Bir gün öncə “Politico” qəzeti Aİ-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin texnologiya, maliyyə və media sahələrinə təsir göstərə biləcəyini yazmışdı.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 6-12-2022, 17:35