“Laçın dəhlizi istiqamətində vəziyyət kəskin şəkildə gərginləşib”.
Missiya.Az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Arman Abovyan özünün “feysbuk” hesabında məlumat yayıb.
Aydındır ki, bu, ciddi eskalasiya üçün əsas ola bilər. Azərbaycanın bu addımı gözlənilən idi. Biz bu hadisələrlə bağlı bəlkə bir ay əvvəl hakimiyyəti xəbərdarlıq etmişdik.
“Ermənistanın hakimiyyətləri haqqında ümumiyyətlə danışmağın mənası yoxdur. Çünki onlar özlərinin “məxməri” məkrli siyasəti ilə Qarabağın mühasirədən çıxarılmasına hərbi müdaxilə imkanını bağlayıblar. Çünki onlar Azərbaycanın ərazi bütövlüyünü qəbul ediblər”, - deyə erməni deputat vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az