Almaniya kansleri Olaf Şolz bildirib ki, Rusiya nüvə silahı təhdidlərinə çox ciddi yanaşır və NATO ölkələrinin etibarlı çəkindirici potensiala ehtiyacı var.
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı açıqlamalar verən Scholz, NATO-nun Rusiyanın nüvə təhlükələrinə qarşı çəkindirici potensiala ehtiyacı olduğunu vurğulayıb.
Nüvə müharibəsinin əsla reallığa çevrilməməsi lazım olduğunu vurğulayan Şolz, "Rusiya kimi dövlətlər təhdid potensialının bir parçası olaraq nüvə silahına sahib olduqları müddətcə, NATO-nun etibarlı bir çəkindirici potensiala ehtiyacı var. Əks halda, bu, bizi şantaj qarşısında müdafiəsiz edir" deyə bildirib.
Rusiyanın Ukraynadakı müharibədə qalib gələ bilməyəcəyini müdafiə edən Şolz Almaniyanın NATO ölkələrinin torpaqlarını qorumaq üçün daha çox səy göstərəcəyini açıqlayıb.
Şolz, Almaniya hökumətinin silahlı qüvvələr üçün ayrılmış 100 milyard avroluq xüsusi fondundan ilk tenderlərin dekabrda verilməsinin planlaşdırıldığını bildirib.
Aqil MusaMissiya.Az