Norveçin baş naziri Conas Qahr Store Türkiyənin terrorla mübarizəsini dəstəkləyib.
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolz ilə Berlində təşkil edilən birgə mətbuat konfransında danışan Store, "Təhlükə olduğu zaman Türkiyənin terrorla mübarizə haqqı var" deyib.
Norveçin baş naziri İsveç və Finlandiyanın NATO üzvlüyü məsələsinə də toxunub.
Ölkəsinin İsveç və Finlandiyanın NATO üzvlüyünü dəstəklədiyini vurğulayan Store, iki ölkənin üzvlüyü ilə Avropanın kollektiv təhlükəsizliyə sahib ola biləcəyini bildirib.
Store qeyd edib ki, o, bütün NATO üzvlərinin bu iki ölkənin üzvlüyünə razılıq verməsini gözləyir.
Aqil MusaMissiya.Az