Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov istefa ərizəsi verib.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
Radanın deputatı Yaroslav Jeleznyak öz növbəsində bildirib ki, Kubrakovun vəzifədən azad edilməsi onu yeni vəzifəyə - baş nazirin müavini təyin etmək üçün həyata keçirilir.
Eyni zamanda, hakimiyyət İnfrastruktur Nazirliyi və Regional Siyasət Nazirliyini birləşdirməyi planlaşdırır, yeni şöbəyə Kubrakov rəhbərlik edəcək.
Y. Jeleznyakın sözlərinə görə, Kubrakovun baş nazirin müavini təyin edilməsi və iki nazirliyin birləşdirilməsi barədə qərar nazirin istefası üçün səsvermədən dərhal sonra parlamentə təqdim olunacaq.