AZ   |   RU
Tavan qiymətləri olan ölkələrə axın kəsiləcək- Rusiyadan neft açıqlaması

"Rus neftinin tavan qiyməti təkcə bazar tədbiri deyil, həm də anti-bazar tədbiridir. Bu addım tədarük zəncirini və qlobal enerji bazarında vəziyyəti xeyli çətinləşdirir.

Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb ölkələrinin Rusiya neftinə tavan qiymət tətbiq etmək təklifinə reaksiya verərkən söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə bir ehtimalın qlobal enerji bazarına böyük ziyan vura biləcəyini bildirib.
 
Qeyd edək ki, Rusiya Avropaya satdığı təbii qazı kəsdikdən sonra G7 ölkələri də Rusiya neftinə tavan qiyməti təklif ediblər.
 
Həmçinin Rusiya-Ukrayna müharibəsi səbəbindən ABŞ və Avropa ölkələrinin əksəriyyətinin və Rusiyaya qarşı durmağa üstünlük verən ölkələrin daxil olduğu blok Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır.

Aqil Musa
Missiya.Az

 


  • 30-11-2022, 22:20