AZ   |   RU
Akarın sədrliyi ilə silahlı qüvvələrin toplantısı keçirilib

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın sədrliyi ilə silahlı qüvvələrin komandanlıq mərkəzində videokonfrans keçirilib.

Missiya.Az
"Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, toplantıda Baş Qərargah rəisi Yaşar Gülər, nazir müavinləri Yunus Əmrə Karaosmanoğlu, Alpaslan Kavaklıoğlu, Muhsin Dərə, Quru Qoşunları komandanı Musa Avsevər, Hərbi Hava Qüvvələri komandanı Atilla Gülan və Hərbi Dəniz Qüvvələrinin komandanı Ərcüment Tatlıoğlu və birlik komandirləri iştirak edib.

"Akar terrorla mübarizə əməliyyatları ilə bağlı son vəziyyət barədə məlumat alıb və fəaliyyətlərlə bağlı göstərişlər verib"- deyə məlumatda vurğulanıb.

Daşqın Həsənov
Missiya.Az




  • 28-11-2022, 22:40