AZ   |   RU
Ankarada Qarabağa həsr olunmuş kitablar təqdim edilib

Şuşa İli çərçivəsində Azərbaycanın Türkiyədəki Səfirliyinin və Ankara Universitetinin birgə təşkilatçılığı, Paşa Həyat Sığorta ASC və İrs Mətbuat Evinin dəstəyi ilə təntənəli proqram təşkil olunub.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Bildirilib ki, Ankara Universitetində təşkil olunan tədbir öncəsində Azərbaycanın təbiətini, mədəniyyətini və tarixini təbliğ edən fotosərginin və kitab sərgisinin açılışı edilib, iştirakçılara Azərbaycanla bağlı ətraflı məlumat verilib.

Azərbaycanın musiqi beşiyi Şuşanın tarixini və mədəniyyət paytaxtı kimi əhəmiyyətini əks etdirən qısa filmlər maraqla qarşılanıb.

Tədbirdə İrs Mətbuat Evi tərəfindən türk dilində nəşr edilmiş "Salam, Azərbaycan" və ""Qarabağın qara kitabı" adlı kitabların təqdimatı keçirilib.

Universitetin akademik və tələbə heyətinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi təqdimat proqramında çıxış edənlər Azərbaycan və Türkiyə qardaşlığından danışıb, nəşr edilmiş kitabların Türkiyədə Azərbaycanla bağlı məlumatlılığın artırılmasına xüsusi töhfə verəcəyi qeyd edilib.

Tədbirin bədii hissəsi Azərbaycan musiqisi ilə davam edib.


  • 21-11-2022, 23:00