Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.Missiya.Az xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində məlumat verib.
"Mən taxıl sazişinin davam etdirilməsini alqışladım. #GrainFromUkraine təşəbbüsümüzə verdiyi dəstəyə görə təşəkkür etdim. Mən əmin etdim ki, Ukrayna ərzaq sabitliyinin qarantı olaraq qalacaq. Biz, həmçinin enerji əməkdaşlığını müzakirə etdik", - deyə Zelenski yazıb.
Qeyd edək ki, bu gün, həmçinin Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı olub. Bildirilir ki, liderlər taxıl müqaviləsinin davam etdirilməsi, eləcə də birgə qaz tranziti mərkəzinin yaradılması məsələlərini müzakirə ediblər.Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin 120 gün uzadılmasını təsdiqləyib.