AZ   |   RU
Eduard Məmmədov ikiqat Avropa çempionu olub


Azərbaycanın veteran kikboksçusu Eduard Məmmədov Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, 63 kq çəki dərəcəsində döyüşən idmançı "Light Contact"da Qabor Çeytey (Macarıstan) və "Kick light"də Sqro Simone Kaloceroya (İtaliya) qalib gələrək veteran kikboksçular ikinci dəfə qitə çempionu olub.

Qeyd edək ki, bunadək Eduard Məmmədov veteranlar arasında üçqat dünya çempionu idi.


  • 16-11-2022, 21:06