AZ   |   RU
Türkiyədə terrorun kökü kəsilir – Əməliyyatların yeni mərhələsi başladı

Türkiyənin şərqindəki Tunceli vilayətində “Eren Blokada” adlı antiterror əməliyyatlarının on üçüncü payız-qış mərhələsinə start verilib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, əməliyyat 65 qrupa bölünmüş jandarma və polis xüsusi təyinatlılarının da olduğu 881 asayiş keşikçisinin iştirakı ilə Tunceli vilayətinin regional Jandarma Müdirliyi tərəfindən həyata keçirilir.

“Əməliyyat başlayandan bu yana 23 nöqtədə aparılan axtarış tədbirləri zamanı biri tibb məntəqəsi kimi istifadə edilən PKK terrorçularına aid iki mağara və beş sığınacaq aşkar edilib”, - deyə məlumatda vurğulanıb.


Daşqın Həsənov
Missiya.Az


  • 15-11-2022, 13:48