Finlandiya və Azərbaycan milli komandaları ilə yoldaşlıq oyunları keçirəcək Şimali Makedoniya yığmasının heyətində dəyişiklik baş verib.
Missiya.Az xəbər verir ki, baş məşqçi Blaqoya Milevski düşərgəyə iki yeni hücumçu dəvət edib.
Bunlar Serbiyanın "Baçka Topola" klubunda çıxış edən Martin Mirtsevski və Macarıstan "Debretsen"inin formasını geyinən Dorian Babunskidir. Onlar müvafiq olaraq, zədəli Aleksandr Traykovski və Milan Ristovskini əvəzləyiblər.
Qeyd edək ki, Şimali Makedoniya seçməsi noyabrın 17-də Finlandiyanı, bundan 3 gün sonra isə Azərbaycanı qəbul edəcək.