AZ   |   RU
İsveçdən Türkiyəni razı salmaq üçün mühüm açıqlama


İsveçin baş naziri Kristersson gələn həftə Ankaraya gələcək

Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İsveç xarici işlər naziri Billstrom terror təşkilatı YPG ilə Stokholm rəhbərliyi arasında "yaxınlıq" olduğunu etiraf edərək , PKK-nın Suriya qolu ilə məsafə saxlayacaqlarını açıqlayıb. 


İsveç radiosunda çıxış edən Tobias Billstrom xarici siyasətdə birinci prioritetlərinin NATO-ya üzvlük olduğunu və Türkiyənin üzvlüyünə razılıq almaq üçün lazımi addımları atacaqlarını bildirib.
 
Billstom, Türkiyə ilə əlaqələrə ciddi təsir etməyəcəyi səviyyədə PKK ilə yaxın olduqlarını qeyd edərək, PKK-nın həm ABŞ, həm də Avropa Birliyinin terror təşkilatları siyahısında olduğunu, PYD və ya YPG-nin isə PKK-nın Suriyadakı uzantısı faktını etiraf edib.


Xatırladaq ki, Billstromun İsveç baş naziri Ulf Kristerssonun NATO gündəmi ilə Ankaraya səfərindən bir neçə gün əvvəl bu açıqlamaları verib.


Aqil Musa 
Missiya.Az
 


  • 5-11-2022, 17:12