“Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll olunub. Buna görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb olunduğu formatdır”.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinlə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu yaxınlarda 5 əsas prinsip irəli sürüb: "Onların əsasında Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdırılmalıdır. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir. Hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar”.