AZ   |   RU
Rusiya taxıl müqaviləsindən çıxsa da Ukraynadan 12 gəmi yola düşüb

Rusiyanın Türkiyə və BMT-nin vasitəçiliyi ilə bağlanmış taxıl müqaviləsindən çıxmasına baxmayaraq, bu gün 12 gəmi Ukrayna limanlarını tərk edib.

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov özünün “tviter” hesabında məlumat yayıb.

“BMT və Türkiyə nümayəndə heyətləri Qara dəniz taxıl müqaviləsini yerinə yetirmək məqsədi daşıyan 40 gəmini yoxlamaq üçün on təftiş qrupu təqdim edir. Bu yoxlama planı Ukrayna nümayəndə heyəti tərəfindən qəbul edilib”, - deyə məlumatda vurğulanıb.


Daşqın Həsənov
Missiya.Az


  • 31-10-2022, 12:49