Erməni mətbuatının iddiasına görə bir müddət əvvəl Xankəndiyə köçən rusiyalı milyarder Ruben Vardanyan Xankəndidəki mitinq iştirakçılarının çox görünməsi üçün böyük xərc sərf edib.
Missiya.Az erməni mətbuatına istinadən xəbər verir ki, Xankəndində yaşayan ermənilər Azərbaycanın tərkib hissəsinə çevrilməyə etiraz ediblər.
Ermənistandan avtobusla gələnlərə əlavə pul mükafatı, Xankəndi ətrafındakı rayonlardan gələnlərə isə pulsuz benzin təşkil olunub. Mitinq iştirakçılarının su və qida ilə təminini də Ruben Vardanyan öz üzərinə götürüb.
Qeyd edək ki, milyarderin noyabrın 1-dən "Rusiya layihəsi" olduğu bildirilən bu qondarma qurumun naziri olacağı gözlənilir.
Zərintac MAYİSQIZI
Missiya.Az