AZ   |   RU
“Putin hər zaman Ukrayna ilə danışıqlara açıq olub” - Peskov

“Rusiya prezidenti Vladimir Putin hər zaman Ukrayna ilə danışıqlara açıq olub”. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın indi Putinin “keçmişlə müqayisədə daha yumşaq və dialoqa daha açıq olması” sözlərini şərh edib.

“Putin, əslində, əvvəldən danışıqlara açıq idi. Bu barədə prezidentin özü dəfələrlə danışıb”, - deyə Kreml sözçüsü bu bəyanatı şərh edərkən vurğulayıb.

“Putin və Ərdoğan tez-tez danışırlar və söhbətlər bəzən bir neçə saat çəkir. Ancaq liderlərin qrafiki üzrə hələlik yeni telefon danışığı yoxdur”, - deyə Peskov qeyd edib.

  • 21-10-2022, 15:26