Bolqarıstan, Şimali Makedoniya və Monteneqro İngiltərənin Liverpul şəhərində keçiriləcək "Avroviziya Mahnı Müsabiqəsi 2023"də iştirak etməmək qərarına gəlib.Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Avropa Yayım Birliyi və müsabiqəni təşkil edən BBC-nin dərc etdiyi 37 ölkənin siyahısında sözügedən üç ölkənin adı çəkilməyib.
Xatırladaq ki, hər il Avroviziyada səhnəyə çıxmaq istəyən ölkələr iştirak haqqı ödəyirlər. Ölkəyə görə dəyişən bu ödənişin ümumi məbləği 5 milyon funtsterlinq olaraq göstərilir.
Qeyd edək ki, əvvəlki müsabiqədə qalib gələn Ukrayna müharibəsi səbəbindən 2023-cü ildə yarışmaya ev sahibliyi “Liverpul”a verilib. Rusiya Ukraynaya qarşı müharibəyə görə Avroviziyaya üzvlükdən çıxarılıb.
BBC Korporasiyası tədbirin təşkili üçün 8 ilə 17 milyon funtsterlinq arasında pulxərcləməyi planlaşdırdığını açıqlayıb. Aqil MusaMissiya.Az