AZ   |   RU
Qazaxıstanda korrupsionerlərdən müsadirə edilən vəsait hesabına yeni məktəblər tikiləcək
Qazaxıstan hakimiyyəti korrupsionerlərdən müsadirə olunmuş 213 milyon dollara yaxın vəsait hesabına yeni məktəblər tikmək qərarına gəlib.

Missiya.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Əlixan Smailovun rəsmi saytında məlumat verilib.

“Dövlət başçısının tapşırığına əsasən, korrupsionerlərdən müsadirə edilən vəsaitlər indi məktəblərin və onlara əlavələrin tikintisinə yönəldiləcək. Burada söhbət təxminən 100 milyard tengedən (təxminən 213 milyon dollardan – red.) gedir. Noyabrda vəsaitin ayrılmasına başlanılacaq”, - Smailov bildirib


  • 20-10-2022, 23:59