AZ   |   RU
"Fransa dünya çempionu ola bilər, amma favorit deyil"- Abdullah Zubir


Fransanın dünya çempionu olmaq şansı var.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında "Qarabağ"ın fransalı futbolçusu Abdullah Zubir ölkəsinin bu il Qətərdə keçiriləcək dünya çempionatında şanslarını dəyərləndirərkən deyib.

30 yaşlı yarımmüdafiəçi Fransa millisini qızıl medala layiq görsə də, favorit olmadıqlarını söyləyib: "Fransanın Braziliya və Argentina kimi daha güclü yığmaların olduğu çempionatda favorit göstərilməsi çətindir".

İspaniya "Real Madrid"ində oynayan həmyerlisi Kərim Benzemanın "Qızıl top"u qazanmasına da toxunan Zubir 35 yaşlı hücumçunun bu mükafata layiq olduğunu vurğulayıb: "Benzemanın hələ 34 yaşı var, 35 dekabrda olacaq "Qızıl top"u qazanmasına çox şad oldum.

Qeyd edək ki, Fransa Qətərdə keçiriləcək DÇ-2022-nin D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq.


  • 20-10-2022, 15:15