AZ   |   RU
NATO Rusiya ilə toqquşma xəttinə yaxınlaşır - Zaxarova

“Ukraynanın NATO silahları ilə təchiz edilməsi və Kiyevə silah yardımının davam etməsi alyansı Rusiya ilə birbaşa hərbi toqquşmanın təhlükəli xəttinə yaxınlaşdırır”. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri paytaxt Moskvada keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova bildirib ki, Qərbin Ukraynaya ümumi hərbi yardımı artıq 42,3 milyard dollar təşkil edib ki, bunun da 28,3 milyard dolları ABŞ-ın payına düşür.

“ABŞ başda olmaqla NATO ölkələri Kiyevin himayəsi altında terror fəaliyyətlərinin sponsorlarıdır”, - deyə Zaxarova vurğulayıb. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Ukraynaya göndərilən hərbi yüklər Yaxın Şərq, Mərkəzi Afrika və Cənub-Şərqi Asiyada terrorçuların, ekstremistlərin və cinayətkar qrupların əlinə keçir.


Daşqın Həsənov
Missiya.Az


  • 20-10-2022, 14:53