AZ   |   RU
NATO-dan İrana sərt reaksiya - Rusiyaya dəstək dayandırılmalıdır

“Kəşfiyyat məlumatları göstərir ki, Ukraynaya qarşı münaqişədə istifadə etmək üçün İran Rusiyaya pilotsuz uçuş aparatları verir”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının qərargahında İsveçin baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında deyib.

Stoltenberq bildirib ki, NATO bütün ölkələri, o cümlədən İranı Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstəyi dayandırmağa çağırır.

“Almaniya, ABŞ, Hollandiya və Fransa kimi NATO-ya üzv dövlətlər Ukraynanı daha təkmil hava hücumundan müdafiə sistemləri ilə təmin etmək qüdrətindədirlər. Bu pilotsuz təyyarələrin dəhşətli hücumları Ukraynaya dəstəyin artırılmasına ehtiyac olduğunu göstərir” - deyə Stoltenberq vurğulayıb.

“Əlbəttə, biz İranın nə etdiyini, Rusiyaya hər hansı dəstək verib-vermədiyini diqqətlə izləyirik. NATO Tehranı Rusiyaya PUA və ya raket verməməyə çağırıb. Raketlərin istənilən tədarükü həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulmasıdır” - deyə siyasətçi qeyd edib.


Daşqın Həsənov
Missiya.Az


  • 20-10-2022, 14:46