Gürcüstan Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə davam edir.Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili parlamentin "nazir saatı" formatında çıxışı zamanı bildirib.
“İki ölkə arasında mövcud olan strateji tərəfdaşlığa əsaslanaraq bir sıra istiqamətlərdə əməkdaşlığımızı dərinləşdirməyə davam edirik. Azərbaycan və Gürcüstan öz ərazisindən keçən nəqliyyat-kommunikasiya dəhlizinin cəlbediciliyinin artırılmasında böyük rol oynayır.
Yeni geosiyasi vəziyyəti nəzərə alaraq, Orta Dəhliz vasitəsilə yükdaşımaların əhəmiyyəti xeyli artıb, bu istiqamətdə Azərbaycan və Türkiyə ilə intensiv əlaqə davam etdirilir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclası Bakıda keçirilib”, - deyə Darçiaşvili bildirib.