AZ   |   RU
Gürcüstan Azərbaycana avtomobil ixracını 17% artırıb

2022-ci ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycana 221,9 milyon ABŞ dolları dəyərində 22 587 ədəd avtomobil ixrac edib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, hesabat dövründə Azərbaycana ixrac edilən avtomobillərin dəyəri illik ifadədə 32,2 milyon dollar və ya 16,9% artıb, sayı isə 5 938 ədəd və ya 20,8% azalıb.

Ötən ilin ilk 9 ayı ərzində Gürcüstan Azərbaycana 189,7 milyon dollar dəyərində 28 525 ədəd avtomobil ixrac edib.

  • 19-10-2022, 16:34