AZ   |   RU
Qazaxıstan səfirliyi Azərbaycan xalqını təbrik edib


Qazaxıstanın Azərbaycandakı səfirliyi 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə səfirliyin rəsmi “Facebook” səhifəsində paylaşım edilib.

Səfirlik xalqımıza sülh, əmin-amanlıq arzulayıb: “Qazaxıstan Səfirliyi qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir!

Hər kəsə səmimi qəlbdən sülh, əmin-amanlıq, xoşbəxtlik, rifah və tərəqqi arzu edirik!”.

  • 18-10-2022, 14:41