Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər zaman olduğu kimi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə ictimai səhiyyə sahəsində yaxından əməkdaşlıq edir.
Missiya.Az xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində göstərilən dəstək ictimai səhiyyə sahəsində fövqəladə halların erkən aşkarlanması, qarşısının effektiv formada alınması və cavab tədbirlərinin vaxtında aparılması məqsədini daşıyır.
Qlobal səviyyədə miqrasiyanın artması regional və yerli miqyasda xəstəliklərin alovlanması və yayılması, həmçinin ictimai sağlamlıq təhlükəsizliyi üçün əhəmiyyətli dərəcədə risk yaradır. Bu, xəstəlik risklərinin yerli, milli və qlobal səviyyələrdə vaxtında aşkarlanmasına, insanların sağlamlığının ətraf mühit amillərinin mənfi təsirindən qorunmasına, möhkəmləndirilməsinə və epidemioloji salamatlığın təmin edilməsinə olan ehtiyacı bir daha önə çıxarır.