Amerikalı diplomat Ceff Fleyk Egey ilə bağlı məsələdə ABŞ-ın mövqeyində heç bir dəyişiklik olmadığını və tərəf tutmadıqlarını bildirib. Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki,Egeydə təhlükəsizliklə bağlı ABŞ-ın mövqeyində dəyişiklik olub-olmaması ilə bağlı suala səfirliyin rəsmi hesabında dərc olunan bəyanatda cavab verilib.
ABŞ səfirliyindənEgey və Yunanıstandakı son hadisələrlə bağlı verilən cavabda qeyd olunur ki, NATO-dakı müttəfiqlərimiz Türkiyə və Yunanıstanla təhlükəsizlik sahəsində əməkdaşlığımız tərəfdaşlardan birinin xeyrinə tərəf tutmağa və ya tarazlığı pozmağa əsaslanmır. Hazırda birgə səylərin Rusiyanın Ukraynada amansız və əsassız müharibəyə son qoymağa yönəldildiyi bildirilib. Həmçinin qeyd olunub ki,Yunanıstanla müdafiə sahəsində əməkdaşlığımızınməqsədiUkrayna,Mərkəzi və Şərqi Avropadakı NATO müttəfiqlərimizi dəstəkləməklə NATO-nun şərq cinahını gücləndirməkdir.
NATO-dakı müttəfiqlərimiz -Türkiyə və Yunanıstanla əsas məqsədimiz regionda sülhün qorunub saxlanılmasıdır. Aqil MusaMissiya.Az