AZ   |   RU
Məşhur müğənni konsert zamanı dünyasını dəyişdi
 
Haitili müğənni Mikaben Parisdə konserti zamanı səhnədə dünyasını dəyişib. 

Missiya.Az haberglobal-a istinadən xəbər verir ki, əsl adı Michael Benjamin olan müğənninin ölüm səbəbi açıqlanmayıb.

The Guardian, Mikabenin infarktdan öldüyünü ehtimal edib.

Accor Arenada CaRiMi qrupu ilə səhnəyə çıxan 41 yaşlı  müğənni qəfil huşunu itirərək yerə yıxılıb.

Hadisə şahidləri  müğənninin10 minə yaxın insanın izlədiyi konsertdə Ou Pati mahnısını ifa etdikdən sonra səhnəni tərk etməyə hazırlaşarkən yerə yıxıldığını bildirib.

Tezliklə hadisə yerinə çatan tibb işçilərinin səylərinə baxmayaraq Mikabeni həyata qaytarmaq mümkün olmayıb.

Mikabenin ölümündən sonra zal boşaldılıb.

Qeyd edək ki, 1981-ci ildə Haitinin paytaxtı Port-au-Prinsdə anadan olan Mikaben məşhur müğənni Lionel Benjaminin oğlu idi.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 18-10-2022, 13:08