AZ   |   RU
Çin Tayvanı ilhaq etməyi planlaşdırır- - Antoni Blinken

Si Cinpinq bu yaxınlarda Tayvana hücum variantının masada olduğuna işarə edib.
 
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər veir ki, Çin prezidentinin "Güc istifadəsindən imtina etmək öhdəliyimiz yoxdur. Bütün lazımi tədbirləri görmək seçimini özümüzdə saxlayırıq" sözləri ABŞ-da təşviş yaradıb. 
 
ABŞ-ın Xarici işlər naziri Antoni Blinken bildirib ki, Pekin Si Cinpinq dövründə Tayvanı ilhaq etmək planlarını "daha sürətli bir vaxtda" davam etdirir.
 
Dinc üsullar nəticə verməsə, məcburedici vasitələrdən istifadə olunacağı və mövcud status-kvonun pozulması nəticəsində böyük gərginliyin yaranacağından ehtiyatlandıqlarını bildirən Blinken ABŞ-ın  bu məsələdən qayanaqlanan narahatlığını ifadə edib.
 
ABŞ və Tayvanın yüksək səviyyəli hərbi rəsmiləri Çinin bir neçə ildən sonra Tayvana qarşı rahatlıqla hücüm potensialına sahib olacağını düşünürlər. Analitiklər potensial hücüm tarixini 2049-cu il olaraq qeyd edirlər. 
 
Xatırladaq ki, həmin il Çin Xalq Respublikasının 100 illiyi tamam olur.
 
Aqil Musa
Missiya.Az

  • 18-10-2022, 13:04