AZ   |   RU   |   Köhnə versiya

Baydenlə Abu Dabinin Vəliəhdi İran və İsraili müzakirə etdi



ABŞ prezidenti Co Baydenlə Abu Dabinin Vəliəhdi Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub.

Bu barədə Missiya.Az Ağ Evə istinadən xəbər verir.

Qeyd olunub ki, tərəflər Əfqanıstan daxil olmaqla regional və qlobal çağırışları müzakirə ediblər. İranın yaratdığı təhlükə də həmçinin, diqqət mərkəzində olub.

“Söhbət zamanı Bayden Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasının strateji əhəmiyyətini vurğulayıb. Bundan əlavə, tərəflər Efiopiya Tiqrayındakı humanitar böhran daxil olmaqla, münaqişələrin həlli üçün birlikdə çalışmanın prioriteti barədə razılığa gəliblər”-deyə, məlumatda bildirilib.

Baxış sayı: 43
  • 5-05-2021, 09:48