AZ   |   RU
Elon Mask federal istintaq altındadır

Tviterin məhkəməyə təqdim etdiyi sənədlərdə İlon Maskın 44 milyard dollarlıq alış sövdələşməsi ilə bağlı mövqeyinə görə federal istintaqın nəzarəti altında olduğu bildirilib. 

Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dünyanın ən zəngin insanlarından biri olan SpaceX texnologiya şirkətinin sahibi İlon Maskın saxta hesabların çox olduğunu əsas gətirərək 44 milyard dollarlıq alışdan imtina etməsi məhkəmə presesinin başlamasına səbəb olub.
 
Məhkəmə sənədlərində Maskın araşdırıldığı bildirilsə də, araşdırmaların konkret olaraq nədən ibarət olduğu və ya hansı orqanlar tərəfindən aparıldığı qeyd olunmayıb.
 
Tviterdən sentyabrın sonunda bildirib ki, Maskın vəkilləri sənədləri “şəxsi qeydlər” adlandırıb və onların saxlanmasını tələb ediblər.
 
Maskın vəkili Alex Spiro Reuters-ə bildirib ki, Tviterin məhkəməyə təqdim etdiyi sənədlər “səhvdir” və “Tviter rəsmiləri federal araşdırma altındadır ”.

 
Aqil Musa
Missiya.Az
 

  • 14-10-2022, 17:41