Biz bütün istiqamətlər üzrə müsbət dinamika görürük.
Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
“Lakin, əlbəttə, hər bir görüşdə biz regionumuzda təhlükəsizliyə, sülhə nail olmaq məsələlərindən yan keçmirik. Biz bu gün bu barədə də danışacağıq. Biz uzunmüddətli sülhə hədəflənmişik. Biz hesab edirik ki, nəhayət bu sülhə nail olmaqdan ötrü öz tərəfimizdən kifayət qədər konstruktiv tezislər təklif etmişik”,- deyə dövlət başçısı bildirib.