AZ   |   RU
Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1050 hərbçisini itirib.


Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilib ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 984 min 940 nəfərə çatıb.


Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 31 artilleriya sistemi və 1 zirehli döyüş maşınını məhv edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 09:52