AZ   |   RU   |   Köhnə versiya

Azərbaycan və ADB regional əməkdaşlıq istiqamətlərini müzakirə edib


İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (ADB) İllik Toplantısı çərçivəsində regional əməkdaşlıq istiqamətlərinin yenidən müəyyən edilməsi mövzusunu müzakirə edib.

Missiya.Az xəbər verir ki, bu barədə nazir “Tvitter” hesabında yazıb.

“İqtisadiyyat Nazirliyinin həmsədrlik etdiyi Asiya İnkişaf Bankının İllik Toplantısı çərçivəsində CAREC Proqramının yüksək səviyyəli sessiyasında rəqəmsal transformasiya vasitəsilə regional əməkdaşlıq istiqamətlərinin yenidən müəyyən edilməsi mövzusunda müzakirələr apardıq”, - deyə o qeyd edib


Baxış sayı: 65
  • 4-05-2021, 15:46