Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində baş verib.
Avtomobil təmiri sexində çalışan şəxs piyadalar üçün müəyyən edilməyən yoldan keçərkən onu əvvəlcə əks yoldan keçən “Hyundai” markalı avtomobil vurub. Piyada zərbənin təsirindən Orxan Əliyevin idarə etdiyi “Toyota”ya çırpılıb. Zərbədən piyada yerə yıxılıb və bu zaman eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı digər maşın piyadanın üzərindən keçib. Zərbələrin təsirindən tanınmaz hala düşən piyadanın kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb edilib. Piyadanın meyiti məhkəmə tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinin şöbəsinə aparılıb.
Hazırda piyadanı birinci vuran avtomobilin axtarışı aparılır. Faktla bağlı avtotexniki ekspertiza aparılır.